Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsi vəhşicəsinə qətlə yetirilib.
"Unikal" xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Bildirilib ki, Leyla Hüseynli intizamlı, fəal tələbə kimi tanınıb, yüksək akademik göstəriciləri olub.
Qeyd edək ki, hadisə ötən gün Abşeron rayonu Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Leyla ilə yanaşı, 8 aylıq qızını da öldürüb, daha sonra özünə xəsarət yetirib.