Şuşada 1 tondan çox çətənə bitkisi məhv edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Daşaltı kəndi ərazisində yabanı halda bitən, çəkisi 1 ton 300 kiloqram olan 2168 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.