Polşanın paytaxtı Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun göldən meyiti tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli feysbukda etdiyi paylaşımında deyib:

“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.

Qeyd edək  ki, Y.Həsənov itkin kimi axtarılırmış.