Bakı şəhərinin Xətai rayonunda fəaliyyət göstərməyən toxuculuq kombinatının ərazisində ümumi sahəsi 220 m² olan üçmərtəbəli binanın 1-ci mərtəbəsində dəmirçi sexinin 1 ədəd taxtadan ibarət pəncərə çərçivəsi və içərisində olan boya məhsulları 30 m² sahədə yanıb.
FHN-dən "Unikal"a verilən xəbərə görə, yüksək temperaturdan 1-ci mərtəbənin tavanında havalandırma sistemi qarsalanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.