Xəbər verdiyimiz kimi, dünən gecə saat 3 radələrində 38 yaşlı Bakı şəhər sakini Babayeva Yeganə Elçin qızı, idarə etdiyi “BMW” markalı “10 DM 011” nömrə nişanlı avtomobili ilə 28 yaşlı Sabirabad rayon sakini Məmmədov Kamran Əlisəfa oğlunu vurub.

"Unikal" xəbər verdir ki, sözügedən hadisənin görrüntüləri sosial şəbəkədə yayılıb.

Bildirilir ki, qadın sürücü daha sonra maşını yol kənarında dayanan digər avtomobilə də çırpıb. Moped sürücüsü  olan Ə.Səmədov hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı Nəsimi rayonu polis idarəsində araşdırma aparılır.

*** 09:54

Bu gün saat 04 radələrində Bakıda ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, 1985-ci il təvəllüdlü Babayeva Yeganə Elçin qızı idarə etdiyi “BMW” markalı avtomobil ilə Nəsimi rayonu, Ceyhun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində mopedi vurub.

Nəticədə mopedi sürən 28 yaşlı Səmədov Kamran Əlsəfa oğlu hadisə yerində ölüb.

Faktla bagli Nəsimi RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.