Goranboyda yanğın hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Kənd sakini 64 yaşlı Maya Yusibovaya məxsus iki mərtəbəli evin birinci mərtəbəsində yanğın olub. Dərhal ərziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Yanğın zamanı ev sahibi tüstüdən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.