Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşları 3 avtomat, 1 qumbaraatan, 1 tapança, 882 ədəd müxtəlif çaplı patronlar və digər sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər.