Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, bu gün axşam saat 23:00 radələrində Göyçay şəhərində "VAZ 2107" və "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Kərimov Kənan Sahib oğlu, Babayev Valeh Həsən oğlu və 1966-cı il təvəllüdlü Babaşova Nərgiz Kamal qızı xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov