Göygöl rayonunda bir nəfər göldə batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Unikal"a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə 22.06.2023-cü il tarixində Göygöl rayonunun Topalhəsənli kəndi yaxınlığında süni göldə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şəmkir" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.