Balakən rayonunda yerləşən kafedə yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə Balakən  şəhər Səttar Gözəlov küçəsində, 1967-ci il təvəllüdlü Hacıyev Fikrət Rüstəm oğluna məxsus kafedə baş verib. Yanğın yerinə Balakən Yanğından Mühafizə hissəsindən yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 70 kv/metr olan kafenin mətbəx hissəəsinin  2 kv/m  hissəsi yanıb.

Yanğın məhdudlaşdırılıb və yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli