Yasamal rayonu, Mətbuat prospekti yaxınlığında açıq ərazidə baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunmuşdu.

***

15:07

Bakıda açıq ərazi yanır.

"Unikal" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.