Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 105 m² olan 3 otaqlı mənzilin eyvanında 1 ədəd su qızdırıcısı, 1 ədəd gərginlik stabilizatoru, 1 m² sahədə taxta tullantıları, eyvanın plastikdən ibarət qapısı və pəncərəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.