Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lerik rayonunda dağlıq-meşəlik ərazidə 1 nəfərin hündürlükdən yıxılması barədə məlumat daxil olub.
FHN-dən "Unikal"a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın mürəkkəb relyefli dağlıq ərazidə hündürlükdən çay dərəsinə yıxılaraq öldüyü müəyyən olunub.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti çay qırağından götürülərək təhlükəsiz əraziyə gətirilib və aidiyyəti üzrə təhvil verilib.