Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində Göyçayın Çərəkə kəndində qeydə alınıb. "VAZ 21011" markalı minik avtomibilinin yoldan çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Allahverdiyev İlqar Elxan oğlu və 2001-ci il təvəllüdlü Həşimov Sarvan Sübhan oğlu xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov