Ötən gün Daşkəsəndə 23 yaşlı gənc oğlanın sel suları aparması nəticəsində həlak olmasının bəzi təfərruatları məlum olub.
Unikal-ın məlumatına görə, həlak olan 23 yaşlı Elgün Orucov Təzəkənd kəndində qoyunları otlaqdan qaytaran zaman qoyunlarından bir neçəsi çaya düşüb. Selə qarışan qoyunları tutmağa cəhd edən Elgünün özü sel sularına qarışıb. Nəticədə mərhumun meyidi rayonun Qabaqtəpə kəndində piyada üçün nəzərdə tutulan körpünün yaxınlığında aşkarlanıb.
Qeyd edək ki Elgün Orucov nişanlı olub və həmin gün nişanlısına qurbanlıq aparıblarmış. Mərhumun cənazəsi Göygöl rayonunun Qızılca kəndində yaşayan atasının evinə gətirilib. Kənd qəbirstanlğında torpağa tapşırılıb.
Tural Əhmədov
XXX
29 iyun, 21:09
Daşkəsən sakinini sel aparıb.
"Unikal"ın məlumatına görə, bu gün axşam saat 20:00 radələrində Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb. Ərazi mülki müdafiə qüvvələri tərəfindən Qabaqtəpə kəndinin ərazisində cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.
Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Tural Əhmədov