Bakıda velosipedçi kanalizasiya quyusuna düşüb.

"Unikal" lent.az-a istinadən  xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində axşam saatlarında baş verib.

Qaranlıq olduğu üçün qarşı tərəfi görməyən 35 yaşlı velosipedçi qəflətən kanalizasiya quyusuna düşüb.

Nəticədə onun sol kürək sümüyü sınıb.