Gəncədə evdən meyt aşkarlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Çayın Kənarı adlanan ərazidə yerləşən evlərin birində qeydə alınıb. Sözügedən ünvanda yaşayan 1986-cı il təvəllüdlü Natiq Abbasovun yaşadığı evdən cansız bədəni tapılıb. İlkin məlumata görə, o narkotik vasitənin təsirindən bir neçə gün bundan əvvəl ölüb.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov