Cəlilabadda 80 yaşlı kişini avtomobil vurub.

"Unikal" xəbər verir ki, 1991-ci il təvəllüdlü Əhmədov Ramin Xanoğlan oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 1943-cü il təvəllüdlü Əliyev Yağub Qulam oğlunu avtomobillə vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib. Sonuncu Cəlilabad rayon Mərkəzi xəstəxanasına aparılsa da, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.