Bakıda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

"Unikal" xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Hümbətova Tünzalə Müsafəddin qızı keçmiş əri 1983-cü il təvəllüdlü Hüseynov Alqayıt Məhərrəm oğlu tərəfindən qısqanclıq zəminində bıçaqlanıb.

Hadisəni törədən şəxs saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.