Ağcabədi rayonununda bıçaqlanma hadisəsi qeydə alınıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Salmanəyli kəndində baş verib. Belə ki, kənd sakini 1980-ci il təvəllüdlü Həsənov Kənan Həsən oğlunun qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yara diaqnozu ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə 27 iyun 2023-cü il tarixdə Ağcabədi RPŞ-nə məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, 1981-ci il təvəllüdlüm Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulmuş və həmin kənddə qeydiyyatda olmaqla faktiki yaşayan Həsənov Elməddin Bəhmən oğlu 27 iyun 2023-cü il tarixdə,saat 20 radələrində yaşadığı kəndin ərazisində olan "Harami düzü" adlanan sahədə həmkəndlisi Kənan Həsənov ilə şəxsi münasibətlər zəminində münaqişə edərək sonuncunun qarın nahiyəsinə biçaqla bir dəfə qəsdən zərbə endirməklə xəsarət
Toplanmış material üzrə Ağcabədi RPŞ-nin İB-də Azərbaycan Respublikası CPM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.