Qaxda "KamAZ" markalı yük maşını aşıb, sürücü xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə  Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisndən keçən 27-ci kilometrliyində baş verib. 

Belə ki, Balakən rayon Mahmalar kənd sakini 70 yaşlı Canov Məhəmməd oğlu Canıyev idarə etdiyi “KamAZ” markalı yük maşını ilə Şəki rayonundan  Qax rayonu istiqəmətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobili yolun kənarındakı çökəkliyə aşırıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C.Canıyev Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli