Tovuzda üç otaqlı ev yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Aşağı Quşcu kəndində ümumi sahəsi 144 kvadratmetr olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli üç otaqlı evin yanar koanstruksiyaları yanıb.

Yaxınlıqdakı köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.