Xaçmazda istirahət mərkəzində qadını cərəyan vurub öldürüb.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Tağıyeva Xanım İdris qızı həmin ərazidə yerləşən "Dənizçi" istirahət mərkəzində olarkən hamam otağında elektrik cərəyanı onu vuraraq öldürüb.
X.Tağıyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.