Xaçmazda məskunlaşan qaraçılar arasında dava düşüb, xəsarət alan var.

"Unikal" xəbər verir ki, hadisə rayonun "Vəl-vələ" çay körpüsünün yatağında çadırlarda Yevlaxdan gələrək köçəri məskunlaşan qaraçılar arasında qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Süleymanova Dilbər Siyasət qızı qonşu çadırda məskunlaşan qohumları ilə mübahisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.