Dubayda iş adamının 70.000 dollarlıq Rolex saatı Palm Jumeirah sularına düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs vaxt itirmədən dərhal Dubay Polisi ilə əlaqə saxlayıb, polis isə qiymətli əşyanın axtarışına xilasedicilər göndərib.
Çox keçməyib ki, xilasedicilər 70.000 dollarlıq saatı okeanın dibindən çıxardaraq sahibinə təhvil veriblər.