Fransa polisi son 3 gündə ölkəni bürümüş iğtişaşlar zamanı 3,2 min nəfəri saxlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Fransanın daxili işlər naziri Cerald Darmanin jurnalistlərə bildirib.
"Üç gün ərzində 3,2 min nəfər saxlanılıb və bu, görünməmiş rəqəmdir", - o qeyd edib.