Roma Papası İsveçdə Quranın yandırılmasını pisləyib.
"Unikal"
xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri bildirib ki, bu cür hərəkətlərə söz azadlığı ilə haqq qazandırmaq olmaz.

“Mən qəzəb və ikrah hiss edirəm. Müqəddəs sayılan hər hansı bir kitab möminlərə ehtiram baxımından hörmət edilməlidir və söz azadlığı heç vaxt başqalarına xor baxmağa bəhanə kimi istifadə edilməməlidir”, - pontifik bildirib.

İyunun 28-də Stokholmun mərkəzində iraqlı qaçqın Salvan Momika Quranı cırıb, ayaqqabılarını vərəqlərlə silib, kitabın üstünə donuz əti pastırması qoyub və yandırıb. Bundan sonra Bağdad sakinləri İsveç səfirliyinə hücum edərək səfirin ölkədən çıxarılmasını tələb ediblər. Bir çox müsəlman ölkələrinin hakimiyyət orqanları fəalın hərəkətlərini pisləyib.