Türkiyənin paytaxtı Ankarada, Prezident kompleksində ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən hökumətin iclası keçirilib.

"Unikal" xəbər verir ki, sessiyanın gündəliyində bir sıra daxili və xarici məsələlər, İsveçdə Quranın yandırılması və prezident Ərdoğanın da iştirak edəcəyi Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammiti var.

Türkiyə liderləri ötən gün Stokholmun mərkəzində Quranın yandırılması aktını kəskin şəkildə pisləyiblər.

NATO-nun Vilnüs sammitində İsveçin üzvlük məsələsi də müzakirə olunacaq.