Rusiya lideri Putinə qarşı üsyan bayrağı qaldıran yarımhərbi qruplaşmanın hər bir üzvünə 60 min dollar təzminat ödənildiyi açıqlanıb. İndiyə qədər 20 min əsgəri ölən Vaqnerin Rusiya iqtisadiyyatına 1,2 milyard dollar ziyan vurduğu bildirilir.

"Unikal" xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Aleksey Logvinenko bildirib.

Onun sözlərinə görə, hərbi texnika yolun 12 min kvadratmetr hissəsinə və 210 kvadratmetr səkiyə, tramvay relslərinin oxlarına da ziyan vurub. Təmir işləri şəhərə 28,8 milyon rubla başa gəlib.

5 ədəd xüsusiləşdirilmiş bələdiyyə texnikasına da ziyan dəyib. Onun bərpası üçün ilkin olaraq 63,7 milyon rubl lazımdır. Rostov administrasiyası bildirib ki , bərpa işlərinin yekun həcmi maşınların təmiri başa çatdıqdan sonra məlum olacaq .

İyunun 25-də Loqvinenko qeyd edib ki, Rostov-na-Donuda hərbi texnikanın keçidindən sonra yolun 10 min kvadratmetrdən çox hissəsi zədələnib. Onun sözlərinə görə, yaxın iki gün ərzində yollar bərpa edilməli idi . O əlavə edib ki, ən çox Budennovski prospekti zərər çəkib.

Voronej vilayətinin başçısı Aleksandr Qusev bildirib ki, bölgədə keçirilən antiterror əməliyyatı zamanı 4 nəfər yaralanıb. Onların hər birinə 100 min rubl ödənilib. Bundan əlavə, qubernator qeyd edib ki, 20-dən çox yaşayış binası, bir neçə yardımçı tikili və avtomobillərə ziyan dəyib.