"İsveçdə Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz. Bu nifrət cinayətinin polisin himayəsi altında törədilməsi çox ağırdır”.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

O qeyd edib ki, İsveç NATO-ya daxil ola bilməsi üçün islamafobiya və terrorizmin təbliğatına icazə verməməlidir. Bundan əlavə, İsveç Türkiyə qarşısında üzərinə götürən bütün digər öhdəlikləri də yerinə yetirməlidir.