"Bu il zəlzələnin Türkiyəyə vurduğu maddi zərərin həcmi 104 milyard dollara çatıb".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Zəlzələdən sağ çıxanlarımızı heç kimdən asılı vəziyyətə salmayacağıq. Bu Qurban bayramı günlərində zəlzələ qurbanlarımızı, qardaşlarımızı diqqətdən kənarda qoymadıq. Bayramda çoxlu dostlarımız zəlzələ zonasında idi. Onlara tək olmadıqlarını hiss etdirdik. 11 əyalətimizin hamısında dirçəliş və quruculuq işləri davam edir".