BMT Təhlükəsizlik Şurası iyulun 17-nə Ukrayna üzrə iclas təyin edib.
"Unikal" xəbər verir ki, Birləşmiş Krallıq bu ay Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edir.
İyunun sonunda Rusiya təşkilata Kiyevin Zaporojye atom elektrik stansiyasında mümkün təxribatları barədə məktub paylayıb. Sənəd Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına da göndərilib. Orada Moskva dünya təşkilatının baş katibini Ukraynanı atom elektrik stansiyası ilə bağlı təxribatlardan çəkinməyə məcbur etməyə çağırır.