6 ayda ən çox pul qazanan insanların reytinqinə amerikalı sahibkar Elon Mask başçılıq edir.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, son 6 ayda Mask 96,6 milyard dollar qazanıb. İkinci yeri 58,9 milyard dollar gəlirlə Amerikanın “Meta” şirkətinin yaradıcısı Mark Zukerberq tutub. Üçüncü yerdə Amerikanın Amazon korporasiyasının rəhbəri Ceff Bezosdur.

Daha əvvəl bildirilmişdi ki, 2022-ci ilin oktyabr ayından iş adamı İlon Maska məxsus olan Twitter bir neçə aydır ki , Oracle IT Corporation-a ödənişləri gecikdirir . Business Insider xəbər verir ki, Oracle-ın həmtəsisçisi Larri Ellison Maska sosial şəbəkənin alınmasını maliyyələşdirməyə kömək edib və milyarderin yaxın dostlarından biridir .

Oracle bir neçə ildir ki, Twitter-ə məlumatların saxlanması xidmətləri göstərir. “Twitter”in sahibi dəfələrlə “Google” və “Amazon” da daxil olmaqla çoxsaylı şirkət və provayderlərə bulud xidmətləri üçün pul ödəməkdən imtina edib .