Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək məlumat verib.

Səfər çərçivəsində iki ölkə arasında bəzi müqavilələrin imzalanması gözlənilir.

O, gələn həftə Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə nümayəndə heyətinin gələcəyini də bildirib.