Rusiyanın Zabaykal diyarında 9 nəfər ayı ətindən zəhərlənib, 6 nəfər xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, Kuanda kəndinin sakinləri ayı əti yeyiblər və sonradan özlərini pis hiss ediblər. Kənd sakinləri dəqiq diaqnoz qoyulması üçün Çitaya aparılacaq.

Artıq ətdən nümunələr götürülüb və analiz üçün baytarlıq laboratoriyasına aparılacaq.