Gecə saatlarında İrəvanda fövqəladə hadisə baş verib.

"Unikal" xəbər verir ki,  Arabkir rayonunda 54/1 saylı evin həyətində güclü partlayış olub, zərərçəkən var.

“Partlayış nəticəsində iki qaraj tamamilə dağılıb, beşmərtəbəli binanın pəncərə və qapıları zədələnib. Həyətdə dayanmış bir neçə avtomobil metal qırıntısına çevrilib”, - deyə məlumatda bildirilib.