Kiyevin pilotsuz təyyarələrlə Moskvaya hücum cəhdi növbəti terror aktıdır.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki,  bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

Diplomat Kiyevin mülki obyektlərin yerləşdiyi əraziyə, o cümlədən xarici reysləri də qəbul edən hava limanına hücum etdiyinə diqqət çəkib.

"Kiyev rejiminin mülki infrastruktur obyektlərinin yerləşdiyi əraziyə hücum cəhdi növbəti terror aktıdır", - Zaxarova ifadə eib. 

Diplomat vurğulayıb ki, Volodimir Zelenski bu terror aktlarını Qərbin pulu və ya Qərb silahlarının köməyi ilə törətdiyinə görə, bu terror aktını beynəlxalq miqyasda qiymətləndirmək olar.