Rusiya Federasiyasının MiQ-31 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Kamçatka vilayətində baş verib. 

Təyyarənin Sakit Okean Donanmasına məxsus olduğu deyilir. 

Hadisə yerinə axtarış-xilasetmə qüvvələri göndərilib.

Ağarza Elçinoğlu