Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 125 m² olan restoranın anbarının yanar konstruksiyaları 14 m² sahədə, 3 ədəd soyuducu, 1 otağında 3 ədəd televizor və tavanın taxta üzlüyü 50 m² sahədə yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.