Şamaxı rayonunun Çıraqlı kəndində “ZİL” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 2 ton ot bağalamasının 1,2 tonu yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.