Qaxda qadını ilan sancıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Lələli kəndində baş verib. Kənd sakini 34 yaşlı Günel Əmiraslan qızı Ərəbova yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri görən zaman  ilan qəfildən onun sol əlini sancıb. G. Ərəbova Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardımlar göstərilib. G. Ərəbovanın vəziyyəti orta-ağır qiymətləndirilir.
Seymur Əli