Bakıda yeniyetmə döyülüb.
"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə saat 22 radələrində Yasamal rayonu A. Abbasov küçəsində baş verib. Şəxsiyyəti məlum olmayan 5 nəfər burada Bərdə rayon sakini 17 yaşlı Şamxal Şahin oğlu Əsgərovu döyüblər.
Faktla əlaqədar Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir.