Bakıda avtobus dirəyə çırpılıb.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Unikal"a bildirib ki, Səbail rayonu ərazisində 31 nömrəli marşrut avtobusu dirəyə çırpılıb və dirək binaya doğru aşıb.

Hazırda DYP və Səbail rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma aparılır.