Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Zeynalov Namiq Piri oğlu yaşadığı evdə özünü asıb. O yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, N.Zeynalov səs studiyasının sahibidir.O uzun illərdir səs rejissoru kimi fəaliyyət göstərir.