Bakıda boş ərazidə baş vermiş yanğın söndürülüb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilən zaman təkər tullantılarının yandığı məlum olub. Yanğınla mübarizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.