Gədəbəydə minik avtomobilləri toqquşub, 3 nəfər xəsarət alıb.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Gədəbəy-Söyüdlü yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə digər minik avtomobilinin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Elgün Vaqif oğlu Həsənov, 1958-ci il təvəllüdlü Kifayət Nadiq qızı Alıyeva və Rusiya vətəndaşı olan şəxs müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkmiş hər üç şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.