Oğuzda zəncirvari yol qəzası olub, bir nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı – Şəki magistiral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Üç minik avtomobilinin iştirakı ilə baş verən zəncirvari yol qəzasında bir nəfər Şəki rayon sakini Elvin Şaban oğlu Əliyev xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli