Almaniya Ukraynaya Patriot raket sistemlərini tədarük etməyə razılaşıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla görüşdən sonra özünün" Telegram" kanalında yazıb.

Qeyd edək ki, liderlərin görüşü Vilnüsdə NATO sammiti çərçivəsində baş tutub.

Zelenski bu qərarı ukraynalıların müdafiəsi üçün son dərəcə vacib addım kimi qiymətləndirib.

Qeyd edək ki, Vilnüsdə baş tutan NATO zirvəsini də Almaniyanın Patriot raketləri qoruyur. 

Ağarza Elçinoğlu