Bakıda iki maşın toqquşub.

“Unikal”ın məlumatına görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, “Kia Sorento” markalı avtomobillə “Toyota Prius” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Bir müddət prospektdə avtomobillərin hərəkətində sıxlıq yaranıb. 
Faktla bağlı araşdırma aparılır.