Göyçay şəhərində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan talvarın altında dayanan “VAZ” markalı minik avtomobilinin salonu yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Talvar, avtomobilin qalan hissəsi və yaxınlıqda olan ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xxx

18:17

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə bu gün saat 18:00 radələrində Göyçay şəhərinin İbrahim Göyçaylı küçəsində yerləşən iki mərtəbəli evdə yanğın hadisəsi baş verib. Hadisə zamanı evlə yanaşı içərisindəki əşyalar tamamailə yanaraq yararsız hala düşüb. Hazırda yanğınsöndürənlər hadisə yerindədir, alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını almağa çalışırlar. Yanğın zamanı ev sahibi Oqtay adlı şəxs yanıq xəsarətləri alıb, hadisə yerinə Göyçay rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının işçiləri cəlb olunub, vətəndaşa tibbi yardım göstərilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 
Şahnəzər Bəşirov